Belarusun Qrodno şəhərində yerləşən psixiatrik dispanserdə yanğın baş verib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərdə, yanğında 2 nəfər pasient ölüb.
Əraziyə cəlb edilən yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala biliblər.
Hazırda Belarus Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin başvermə səbəblərini araşdırırlar.