Qırğızıstanın paytaxtı Bişkekin meri Əziz Surakmatov yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Qırğızıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə paytaxt meriyasının aparat rəhbəri Balbək Tulobayev "Facebook" hesabında məlumat verib.
"Təəssüf ki, Bişkek meri Əziz Surakmatovun COVID-19 analizinin nəticəsi müsbət çıxıb", - deyə B. Tulobayev bildirib.
Onun sözlərinə görə, paytaxt meri son üç gündür özünü təcrid edir, onun hərarəti aşağıdır.