Dağıstanda cəzaçəkmə müəssisəsindən qaçan 6 məhkum saxlanılıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cəzaların İcrası Federal Xidməti məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 23-də məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar. Məhkumlardan biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləri olub.
Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzun müddətə azadlıqdan məhrum ediliblər.