Elmar Məmmədyarov rusiyalı həmkarı ilə COVID-19-a qarşı mübarizədə əməkdaşlıqdan danışıb

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə COVID-19-a qarşı mübarizədə əməkdaşlıqdan danışıb
# 22 may 2020 22:11 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon bağlantısı yaradaraq, koronavirusla mübarizədə ikitərəfli əməkdaşlıq səylərini, habelə MDB çərçivəsində əməkdaşlığın gündəliyini müzakirə edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 12 may 2020-ci il tarixli iclasının hazırlanması zamanı tərəflər gündəlikdəki bir sıra aktual məsələləri müzakirə ediblər”, - məlumatda belə deyilir.

Məlumata görə, “Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyasının nəticələri fonunda koronavirus infeksiyası ilə mübarizədə qarşıdakı mövcud vəzifələr barədə də fikir mübadiləsi aparılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR