Bank Of Baku

Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarılıb

Ermənistan Baş Qərargah rəisinin müavini işdən çıxarılıb
# 04 may 2021 17:08 (UTC +04:00)

Ermənistan Prezidentinin qərarı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Karen Abrahamyan vəzifəsindən azad edilib.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə prezident ofisinin mətbuat xidməti məlumat yayıb. 

"Konstitusiyanın 133-cü maddəsinin 1-ci bəndinə və "Hərbi xidmət və hərbi qulluqçu statusu haqqında" Qanunun 40-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq və Baş nazirin təklifini əsas götürərək Karen Abrahamyan Baş Əməliyyatlar İdarəsinin rəisi-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilir",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, general-leytenant Karen Abrahamyan 2020-ci ilin fevralına qədər qondarma "Dağlıq Qarabağ Respublikası"nın müdafiə naziri olub. Həmin ilin iyun ayında Abrahamyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR