Ermənistan Milli Məclisinin sabiq sədri Ara Babloyan və parlamentin Aparat rəhbərinin keçmiş müavini Arsen Babayan barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb, iş baxılması üçün məhkəməyə göndərilib.
APA-nın “armenpress”-ə istinadən verdiyi məlumata görə, Ara Babloyan hakimiyyətə qeyri-qanuni yiyələnməkdə və digər cinayətlərdə, A. Babayan isə hakimiyyətin qeyri-qanuni ələ keçirilməsinə yardım etməkdə və başqa cinayətlərdə təqsirli bilinir.