Bank Of Baku

Ermənistan Parlamentinin vitse-spikeri müxalifətçi bloqeri döyüb

Ermənistan Parlamentinin vitse-spikeri müxalifətçi bloqeri döyüb
# 30 aprel 2020 08:26 (UTC +04:00)

Ermənistan Parlamentinin vitse-spikeri Alen Simonyan çərşənbə günü müxalifçi bloqer Artur Danielyanla mübahisə zamanı başı ilə onun sifətinə zərbə endirib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, tərəflər arasındakı davanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, vitse-spiker bloqerin söyüş söyməsindən sonra bu addımı atmağa məcbur olub.

Parlamentdə hakim "Mənim addımım" bloku hadisəni təsdiqləyib. 

Onların hər ikisi tibbi yardıma ehtiyacları olduğunu bildirib. 

Hüquq-mühafizə orqanları hadisəyə münasibət bildirməkdən imtina edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR