Ermənistanda son sutka ərzində 97 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 43878 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 2 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 881 nəfərə çatıb.