Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 984 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 118 870, xəstəlikdən ölənlərin sayı isə 1 811 nəfərə çatıb.
Ölkədə koronavirusdan sağalanların sayı 78 343 nəfərdir.