Ermənistanda indiyədək yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 160 853 nəfərə çatıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, son sutka ərzində Ermənistanda 309 yeni yoluxma qeydə alınıb.
Son sutka ərzində 12 nəfər koronavirusdan ölüb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin sayı 2 890 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 146 576 nəfərdir.