Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 202 817 nəfərə çatıb.
APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 650 nəfər COVİD-19-a yoluxub, 15 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3735 nəfərə çatıb. İndiyə qədər koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı isə 952 nəfərdir.