Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 188 446 nəfərə çatıb.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 1 005 nəfər COVID-19-a yoluxub, 18 nəfər ölüb.
Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3 434 nəfərə çatıb.