Bank Of Baku

Gürcüstanda yaşayış evində yanğın nəticəsində bir ailənin 6 üzvü ölüb

Gürcüstanda yaşayış evində yanğın nəticəsində bir ailənin 6 üzvü ölüb
# 04 fevral 2020 02:14 (UTC +04:00)

 

Gürcüstanın Bağdati rayonunun Tsereteli küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı həlak olanların dördü uşaq, biri isə hamilə qadındır. Yanğında ölən 6-cı qadının da eyni ailənin üzvü olduğu bildirilir.  

Əraziyə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xİdmətinin 6 yanğınsöndürmə maşını və 25 yanğınsöndürən cəlb edilib.  Yanğının söndürüldüyü bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR