Bank Of Baku

Hakim partiya Emoməli Rahmonun prezidentliyə namizədliyini rəsmən irəli sürüb

Hakim partiya Emoməli Rahmonun prezidentliyə namizədliyini rəsmən irəli sürüb
# 03 sentyabr 2020 12:32 (UTC +04:00)

Tacikistan Prezidenti Emoməli Rahmon oktyabrın 11-də keçiriləcək prezident seçkilərində iştirak edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hazırkı prezidentin namizədliyi Xalq Demokratik Partiyası (XDP) tərəfindən irəli sürülüb. 

Partiyanın fövqəladə qurultayında hazırkı prezident Emoməli Rahmonun namizədliyi yekdilliklə dəstəklənib. 

Bu barədə XDP-nin Mərkəzi İcra Komitəsinin aparat rəhbəri Abdurahmon Xonzoda bildirib.

"Bu gün Düşənbədə Tacikistan Xalq Demokratik Partiyasının (XDP) fövqəladə qurultayı keçirildi. Qurultayda nümayəndələr yekdilliklə Emoməli Rəhmonu prezidentliyə namizəd göstərdi", - o deyib.

A. Xonzodanın sözlərinə görə, qurultayın işində ölkənin bütün bölgələrindən təxminən 1000 nümayəndə iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR