İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında İmişli rayonunun Xəlfəli-Qulubəyli yolunda qeydə alınıb. İmişli rayonunun Məzrəli kənd sakini, 1991-ci il təvəllüdlü İsgəndərov Rövşən Mansur oğlunu “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.