Rusiyanın İnquşetiya respublikasında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə İnquşetiyanın paytaxtı Nazran şəhərində qeydə alınıb.
Bildirilib ki, silahlı insident torpaq üstündə mübahisəyə görə baş verib.
Həyatını itirənlərdən bir nəfər polis əməkdaşıdır.
Bundan başqa, 4 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır.