İrıvanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, insident bu gün səhər saatlarında baş verib.
Partlayış Ermənistan paytaxtının Arabkir rayonunun Davtyan küçəsində baş verib.
Polis "Lexus" markalı avtomobilin qeyri-müyyən şəraitdə partladığını bildirib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobilin "Armeconombank"ın icraçı direktoru Aram Xaçatryanın istifadəsində olduğu bildirilir.