İtaliyada koronavirusa yoluxma sayında rekord həddə azalma qeydə alınıb

İtaliyada koronavirusa yoluxma sayında rekord həddə azalma qeydə alınıb
# 11 may 2020 21:12 (UTC +04:00)

“İtaliyada koronavirusa yoluxma sayında rekord dərəcədə azalma qeydə alınıb – son sutkada 744 hadisə aşkarlanıb, reanimasiyada olanların sayı isə min nəfərdən aşağı düşüb”.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bildirilib ki, son sutka ərazində ölkədə 179 nəfər koronavirusun qurbanı olub.

Həmçinin vurğulanıb ki, epidemiyanın başlamasından bəri ilk dəfə olaraq, reanimasiyada olan xəstələrinin sayı mindən 999-a düşüb. Aprel ayının əvvəlindən bu rəqəm 6 mindən 4 minə enməyə başlamışdı.

Qeyd edək ki, ölkə üzrə yoluxma sayı ümumilikdə 219 814, ölənlərin sayı isə 30 739 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR