“Neft hasilatının azaldılması ilə bağlı “OPEC+” razılaşmasında uduzan yoxdur. Bu qərardan həm neft istehsal edən ölkələr, həm istehlak edən ölkələr, həm də ümumilikdə dünya iqtisadiyyatı udub”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü prezident Vladimir Putinin “OPEC+” razılaşmasına münasibətini də açıqlayıb: "Prezident Putin razılaşdırılmış sənədi çox müsbət qiymətləndirdi”.