Bank Of Baku

Lavrov Rusiya prezidentinin fəxri fərmanını Polad Bülbüloğluna təqdim edib - FOTO

Lavrov Rusiya prezidentinin fəxri fərmanını Polad Bülbüloğluna təqdim edib - FOTO
# 11 fevral 2020 21:04 (UTC +04:00)

 

Moskvada Rusiya xarici işlər naziri ilə MDB-yə üzv dövlətlərin səfirləri ilə görüş keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüş zamanı MDB məkanında ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafı və Birlik ölkələrinin beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi ilə bağlı 2019-cu ildə görülən işlərə yekun vurulub.

Çoxplanlı əməkdaşlığın gələcək perpektivləri müəyyənləşdirilib. 

Bundan əlavə, görüşdə aktual beynəlxalq və regional mövzular barədə fikir mübadiləsi aparılıb.

MDB səfirləri ilə görüş çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna Rusiya Prezidenti Vladimir Putinin Fəxri fərmanını təqdim edib.

Bundan əlavə, tədbir çərçivəsində Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyəti adından Polad Bülbüloğlunu “Humanitar əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə” medalı ilə təltif edib.

Tədbirdə iştirak edən diplomatik missiyaların rəhbərləri də azərbaycanlı həmkarını səmimi təbrik ediblər.

Qeyd edək ki, Rusiya prezidenti Polad Bülbüloğlunu 75 illik yubileyi münasibəti ilə Rusiya-Azərbaycan münaisbətlərinin inkişafına verdiyi töhvəyə görə fəxri fərmanla mükafatlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR