Bank Of Baku

Lukaşenko ABŞ və Avropanı ittiham edib

Lukaşenko ABŞ və Avropanı ittiham edib
# 21 avqust 2020 15:50 (UTC +04:00)

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və Avropanı ölkədə etiraz aksiyalarının təşkil edilməsində ittiham edib.

APA-nın xəbərinə görə, bu barədə bu gün “BelTA” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hər şey ABŞ tərəfindən planlaşdırılaraq istiqamətləndirilir, avropalılar isə dəm tuturlar.

Varşava ətrafında xüsusi mərkəzin yaradıldığını vurğulayan A. Lukaşenko bildirib k, prosesə nəzarət edilir, onların nə ilə məşğul olduqları bəllidir.

O qeyd edib ki, Qərb ölkələri Belarusdan Rusiyaya qarşı istifadə etməyə cəhd edirlər: “Bizə bu tələni hazırlayıblar. Və Rusiya bizi itirməkdən qorxub. Qərb bizi Rusiyaya qarşı qoymaq istəyib. Hazırda onlar Baltik-Qara dəniz dəhlizini, üç Baltikyanı ölkə, bizim və Ukraynanın olduğu sanitar kordonu yaratmaq istəyirlər. Biz burada bir həlqə kimi qalmışıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR