Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, xüsusi təyinatlılar hazırda sərhəddə olmalıdırlar, lakin ölkənin təhlükəsizliyini təmin etmək üçün meydanlara çıxmaq məcburiyyətindədir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bu barədə Qrodno şəhərində keçirilən mitinqdə deyib.
Prezident tətil edən müəssisələr barədə də danışıb: “Bazar ertəsindən nümayiş keçirən bütün müəssisələr bağlanacaq. Bundan sonra kimlərin işə dəvət edilib-edilməyəcəyi barədə qərar verəcəyik”.