Meksikanın paytaxtı Mexiko şəhərindən Seula uçan və Meksikanın “Aeromexico” şirkətinə məxsus sərnişin təyyarəsi Meksikanın şimalındakı Tixuana hava limanına təcili eniş edib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “Milenio” qəzeti öz saytında yazıb.
Məlumata görə, təyyarə texniki problemlər səbəbindən enib.
“Üç saat gözlədikdən sonra məsələnin mexaniki nasazlıqlar olduğunu öyrəndik, sonra bizi otelə gətirdilər”, məlumatda belə deyilir.
Hazırda şirkət işçiləri təyyarəni yoxlayır.