Bank Of Baku

Moldovada koronavirusa görə fövqəladə vəziyyət rejimi uzadılıb

Moldovada koronavirusa görə fövqəladə vəziyyət rejimi uzadılıb
# 10 iyul 2020 19:37 (UTC +04:00)

Moldovada koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Moldovanın Baş Naziri İon Kiku bu gün bildirib ki, hakimiyyət fövqəladə vəziyyət rejiminin müddətinin iyulun 31-dək uzadılması ilə bağlı qərar qəbul edib.

O qeyd edib ki, bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlərin böyük hissəsi qüvvədə qalacaq.

Xatırladaq ki, Moldovada indiyə kimi COVID-19-a 18 924 yoluxma qeydə alınıb, 635 nəfər vəfat edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR