Bank Of Baku

Moldovada koronavirusdan 25 tibb işçisi vəfat edib

 Moldovada koronavirusdan 25 tibb işçisi vəfat edib
# 25 iyun 2020 14:04 (UTC +04:00)

İndiyədək Moldovada koronavirusdan 25 tibb işçisi vəfat edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Nazirliyin verdiyi məlumata görə, Moldovada koronavirusa ilk yoluxma qeydə alınan mart ayından bu günə qədər 2300 tibb işçisi koronavirusa yoluxub. Onların 581-i həkim, 27-si əczaçı, 915-i tibbi assistent, 117-si feldşer, 660-ı isə sanitardır. Yoluxanlardan 25 nəfər vəfat edib. 

Qeyd edək ki, Moldovada indiyədək ümumilikdə 15078 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 502 nəfər vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR