Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 14 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4947-yə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 268,4 min insanda koronavirus aşkar olunub. Ümumilikdə 224,8 mindən çox xəstə isə sağalıb.