Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin ümumi sayı 3669-a çatıb.
Moskvada pandemiya dövründə 217 min nəfərdə koronavirus aşkarlanıb, onlardan 140 mindən çoxu sağalıb.