Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 15 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5115-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək təxminən 279,4 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 240,4 min xəstə isə sağalıb.