Rusiya paytaxtında daha 48 nəfər koronavirus infeksiyasından ölüb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bununla da Moskvada COVID-19 virusundan ölənlərin ümumi sayı 3434-ə nəfərə çatıb.
Qeyd edək ki, Rusiyada pandemiya ərzində 545 000 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 7 000-dən çox ölüm halı qeydə alınıb. Təqribən, 295 min nəfər sağalıb.