Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 77 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 022-yə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 698 084 insanda (son sutkada 5874 nəfər) koronavirus aşkar olunub, daha 534 552 nəfər isə müalicə olunaraq sağalıb.