Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 75 nəfər dünyasını dəyişib. Bu, şəhərdə mayın 31-dən bəri (76) indiyədək qeydə alınmış ən yüksək göstəricidir.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6578-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 405 352 insanda koronavirus aşkar olunub, son sutkada isə bu rəqəm 4312 nəfər təşkil edib. Ümumilikdə 296 474 xəstə sağalıb.