Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 12 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4844-ə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 263 059 insanda (son sutkada 641) koronavirus aşkar olunub. Ümumilikdə 215 383 xəstə isə sağalıb.