Rusiyanın paytaxtı Moskvada son sutka ərzində 434 yeni növ koronavirusa yolxuma halı qeydə alınıb.
APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Moskva hökuməti məlumat yayıb.
Məlumatda son sutka ərzində 434 nəfərin COVİD-19 infeksiyasına yoluxduğu bildirilib.
Qeyd olunub ki, bununla da Rusiya paytaxtında koronavirusa yoluxanların sayı 3357 nəfərə çatıb.