Moskvada son sutka ərzində koronavirusdan 9 nəfər dünyasını dəyişib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 4 956 nəfərə çatıb.
Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 14 nəfər ölmüşdü.