Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 8 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 5033-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 1 085 281 insanda koronavirus aşkar olunub. Ümumilikdə 19 061, nəfər ölüb, 895 868 xəstə isə sağalıb.