Moskvada qarajlar və ofis binası yanıb

Moskvada qarajlar və ofis binası yanıb
# 24 noyabr 2019 22:23 (UTC +04:00)

Moskvanın Koptevo rayonunda ofis binası və üç qaraj 150 kv/m sahədə yanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin paytaxt üzrə baş komandanlığı məlumat yayıb.

Bildirilir ki, yanğın bazar günü axşam Mixalkovskaya küçəsində qeydə alınıb.

“Yanğınsöndürənlər bu ünvana gəldikdə yan-yana olan üç metal qarajın və yaxınlıqda olan birmərtəbəli ofis binasının 150 kvadratmetr sahədə yandığı müşahidə edilib”, - deyə qurumun məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR