Moskvada son sutkada 73 nəfər koronavirusdan ölüb

Moskvada son sutkada 73 nəfər koronavirusdan ölüb
# 27 dekabr 2020 04:35 (UTC +04:00)

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 73 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 10 913-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 779 584 insanda (son sutkada 7840 nəfər) koronavirus aşkar olunub, daha 599 541 nəfər isə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR