Moskvanın Kubinka küçəsində yaşayış binasında yanğın söndürülüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin paytaxt üzrə Baş İdarəsindən bildirilib.
Yanğında 16 nəfər xilas edilib.
Hadisə nəticəsində 5 nəfər zərər çəkib, onlardan ikisi xəstəxanaya yerləşdirilib.
Yanğınla nəticələnən partlayışın dəqiq səbəbi müəyyənləşdirilir.
İlkin məlumatlarda partlayışın məişət qazından baş verməsinin ehtimal edildiyi bildirilsə də, qaz avadanlıqlarında zədələnmələr aşkarlanmayıb.
***
11.22
Bu gün Rusiyanın paytaxtı Moskvanın Kubinka küçəsində yaşayış binasında partlayış baş verib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, partlayışdan sonra binanın 3, 4, və 5-ci mərtəbəsində yanğın başlayıb.
Yanğının yüksək dərəcəli olduğu elan edilib. Hadisə yerində xeyli sayda yanğınsöndürən və texnika cəlb olunub.
Yuxarı mərtəbələrdə yaşayan sakinlər yardım istəyir.
İlkin məlumata görə, bir qadın xəsarət alıb, 10 nəfər xilas edilib.
Yanğının məişət qazının partlaması nəticəsində baş verdiyi ehtimal olunur.