Bank Of Baku

Özbəkistanda təkrar parlament seçkiləri keçirilir

Özbəkistanda təkrar parlament seçkiləri keçirilir
# 05 yanvar 2020 10:09 (UTC +04:00)

Bu gün Özbəkistanda 25 seçki dairəsində parlamentin aşağı palatasına təkrar seçkilər keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Özbəkistan Seçki Məcəlləsinə əsasən, dekabrın 22-də keçirilmiş seçkilərdə 22 seçki dairəsində namizədlərdən hər hansı biri seçicilərin 50 faizindən çoxunun səsini ala bilmədiyi üçün bu dairələrdə təkrar səsvermə təşkil edilir.

Üç dairədə isə səslərin sayılmasında yanlışlığa yol verildiyi üçün həmin dairələrdə də təkrar seçkilər keçirilir. Təkrar seçkilərdə Liberal-Demokrat, Milli Oyanış, Ədalət, Milli-Demokratik və Ekologiya partiyaları iştirak edir. Bu partiyalar müvafiq olaraq dekabrın 22-də keçirilən seçkilərdə 42, 34, 20, 18 və 11 deputat mandatı qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR