Rusiya Prezidenti Vladimri Putin və Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanda Rusiyanın iştirakı ilə yeni atom elektrik stansiyasının (AES) tikintisini müzakirə etmək niyyətindədir.
APA-nın Moskva müxbirinin “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, bunu Paşinyan Rusiya prezidenti ilə Kremldə keçirilən görüşdə bildirib.
"Mən bu gün sizinlə Ermənistanda yeni AES-in inşasının mümkünlüyünü müzakirə etmək istəyirəm”, - deyə Paşinyan qeyd edib.