Putin ABŞ-la münasibətlərin davam etdirilməli olduğunu bildirib

Putin ABŞ-la münasibətlərin davam etdirilməli olduğunu bildirib
# 19 mart 2021 07:26 (UTC +04:00)

Rusiya və ABŞ münasibətləri davam etdirməlidir.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin, həmçinin amerikalı həmkarı Co Baydenin sözlərinə olan münasibətini növbəti dəfə xatırladıb.

“Birisini araşdırdığımız və ya araşdırdığımızı düşündüyümüz zaman bizdə belə bir təəssürat yaranır ki, araşdırdığımız obyektə lupa ilə və ya ən azından şəffaf şüşə ilə baxırıq. Əslində isə biz, ümumiyyətlə, güzgüyə baxırıq”, - deyə rusiyalı lider bildirib.

Eyni zamanda, o, Baydenin açıqlamalarına baxmayaraq, ölkələr arasındakı münasibətlərin davam etdirilməli olduğuna dair çağırış edib.

Bundan əvvəl Putin Baydenlə canlı yayım vasitəsilə müzakirələr aparmağı təklif edib. Rusiyalı dövlət başçısı bildirib ki, müzakirələri “təxirə salmaq lazım deyil” və təklif edib ki, müzakirələr 19 mart cümə günü və ya 22 mart bazar ertəsi günü keçirilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR