Ötən sutka ərzində Qazaxıstanda daha 461 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub, 7 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 2,3 faiz artıb.
Ümumilikdə, indiyə qədər ölkədə 20 min 780 nəfər COVİD-19-a yoluxub, 12 min 768 nəfər sağalıb, 173 nəfər ölüb.