Qazaxıstanda daha 7 nəfər koronavirusa yoluxub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 44-ə çatıb.
"19 yoluxma faktı Almatı, 25 yoluxma faktı isə Nur-Sultan şəhərlərində baş verib", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzaladığı fərmana əsasən, ölkədə fövqəladə vəziyyət elan edilib. Fövqəladə hal rejimi martın 15-dən aprelin 15-nə kimi davam edəcək.