Qırğızıstan parlamentinin binasında yanğın törədilib - FOTO - VİDEO

Qırğızıstan parlamentinin binasında yanğın törədilib - FOTO - VİDEO
# 06 oktyabr 2020 05:32 (UTC +04:00)

Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılar tərəfindən ələ keçirilən və dövlət administrasiyasının da yerləşdiyi parlament binasında yanğın törədilib.

APA xəbər verir ki, bu barədə hadisə yerində olan “TASS”-ın müxbiri bildirib.

Məlumata görə, yanğın binanın dördüncü mərtəbəsindəki ofislərdən birində qeydə alınıb. Binanın bu mərtəbəsində qanunvericilik orqanı işçilərinin otaqları yerləşir.

Qeyd edək ki, bundan bir qədər əvvəl etirazçılar respublikanın ali qanunverici orqanın binasını talan ediblər. Bu barədə “24.kg” xəbər agentliyi məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR