Moskvanın mərkəzində silahlı insident zamanı Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir əməkdaşı həlak olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumata yayıb.
Baş vermiş insidentlə əlaqədar Bolşaya Lubyanka küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Eyni zamanda metronun Lubyanka stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulub.
Qeyd edək ki, Rusiya KIV-lər hadisə nəticəsində üç nəfərin öldürüldüyü barədə məlumat yayıb.
****
21:10
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası önündə silahlı insident baş verib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Lubyanka rayonunda yerləşən FTX-nin binası önündə bu gün axşam saatlarında naməlum şəxs odlu siladan atəş açıb.
Hadisə nəticəsində yaralıların olduğu bildirilir . Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata əsasən, odlu silahdan atəş açan şəxs zərərsizəşdirilib.
Qeyd edək ki, “Sputnik” agentliyi yerli KİV-ə istinadən silahlı insident nətcəsində 3 nəfərin öldüyü barədə məlumat yayıb.