Bank Of Baku

Rusiya FTX: Sankt-Peterburqda terror aktları törətməyi planlaşdıranlar günahlarını etiraf ediblər

Rusiya FTX: Sankt-Peterburqda terror aktları törətməyi planlaşdıranlar günahlarını etiraf ediblər
# 30 dekabr 2019 15:30 (UTC +04:00)

Yeni il bayramı günlərində Sankt-Peterburqda terror aktları törətməyi planlaşdıran iki Rusiya vətəndaşı günahlarını etiraf ediblər.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, onlardan təsdiqedici maddi sübutlar götürülüb.

FTX-nın istintaq orqanları tərəfindən saxlanılan şəxslərin barələrində Rusiya Cinayət Məcəlləsinin 205.5-ci (Terrorçu təşkilatın fəaliyyətində iştirak) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, dekabrın 27-də Rusiya xüsusi xidmət orqanları amerikalı tərəfdaşlarından aldıqları məlumat əsasında Sankt-Peterburqda Yeni il bayramı günlərində terror aktları törətməyi planlaşdıran iki nəfəri saxlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR