Rusiya İstintaq Komitəsi tərəfindən Moskvada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının həyatına qəsd edilməsi ilə bağlı cinayət işi açılıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Onun sözlərinə görə, Bolşaya Lubyanka küçəsində hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsdlə bağlı Rusiya Cinayət Məcəlləsinin 317-ci maddəsinə müvafiq olaraq cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır .