Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb.
O, Rusiya və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin danışıqlarının Cenevrədə baş tutduğunu bildirib.