Rusiya və Türkiyə İdliblə bağlı yeni məsləhətləşmələr aparmaq fikrindədir.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.
“Türkiyəli hərbçilər başa düşürlər ki, İdlibdə münaqişə zonasında mübarizə terrorçularla aparılır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
S. Lavrov qeyd edib ki, “Cəbhət ən-Nüsra” terror qruplaşması ilə dialoq qurmaq haqda fikirlər qəbuledilməzdir.