Bank Of Baku

Rusiyada “Britaniya ştamm”ına 128, “Cənubi Afrika ştamm”na 16 yoluxma hadisəsi qeydə alınıb

Rusiyada “Britaniya ştamm”ına 128, “Cənubi Afrika ştamm”na 16 yoluxma hadisəsi qeydə alınıb
# 13 aprel 2021 06:13 (UTC +04:00)

“Aprelin 9-dan bəri Rusiyada koronavirusun “Britaniya ştamm”ına 128, “Cənubi Afrika ştamm”na isə 16 yoluxma hadisəsi aşkarlanıb”.

APA TASS-a istinadən xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

Onun sözlərinə görə,  "Aprelin 9-dan etibarən 9 mindən çox nümunə nəzərdən keçirilib: “Araşdırma nəticəsində ümumilikdə koronavirusun 193 mutasiya variant aşkarlanıb. Bunlardan 128-i “Britaniya ştamm”ı, 16-sı isə “Cənubi Afrika ştamm”dır”.

Popova əlavə edib ki, ölkədə koronavirusla bağlı vəziyyət qarşıdakı altı ay ərzində aparılacaq araşdırmanın nəticəsinə uyğun proqnozlaşdırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR